Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Adana təmsilçisi bu gün 29-cu tur çərçivəsində səfərdə “Konyaspor”la qarşılaşıb.
Şahruddinin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2. İlk hissəni 1:2 hesablı məğlubiyyətlə başa vuran Adana təmsilçisi bərabərlik qolunu 87-ci dəqiqədə vurub. Meydan sahibləri Şahruddini 9 və 45-ci dəqiqələrdə penaltilərlə məyus ediblər.
90 dəqiqədə meydanda olan Məhəmmədəliyev 72-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Adana Dəmirspor” bu heç-heçədən sonra 36 xalla 20 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. “Konyaspor” isə 32 xalla 14-cüdür.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da indiyə qədər 17 matça çıxıb, 26 qol buraxıb, 3 “quru” matç keçirib.
Xəbəri paylaşın:
- Click to share on Facebook (Opens in new window) Facebook
- Click to share on WhatsApp (Opens in new window) WhatsApp
- Click to share on X (Opens in new window) X
- Click to share on Telegram (Opens in new window) Telegram
- Click to email a link to a friend (Opens in new window) Email
- Click to share on LinkedIn (Opens in new window) LinkedIn
- Click to share on Reddit (Opens in new window) Reddit
- Click to share on Tumblr (Opens in new window) Tumblr
- Click to share on Pinterest (Opens in new window) Pinterest
- Click to share on Pocket (Opens in new window) Pocket
- Click to share on Nextdoor (Opens in new window) Nextdoor
- Click to share on Mastodon (Opens in new window) Mastodon
- Click to print (Opens in new window) Print