Şahruddin “Trabzonspor”a qarşı 90 dəqiqə oynadı – Video

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Adana təmsilçisi bu gün 27-ci tur çərçivəsində səfərdə “Trabzonspor” ilə qarşılaşıb.

Şahruddinin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Meydan sahibləri Məhəmmədəliyevi 22-ci dəqiqədə vurduqları qolla məyus ediblər.

“Adana Dəmirspor” bu məğlubiyyətdən sonra 32 xalla 20 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb. “Trabzonspor” isə 46 xalla 3-cüdür. Şahruddinin komandası artıq 10 oyundur (kubok görüşünü də nəzərə alsaq, 11 oyun) qələbə qazana bilmir. Komanda bu müddətdə 5 məğlubiyyətə üzülüb, 5 heç-heçə edib.

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da indiyə qədər 15 matça çıxıb, 24 qol buraxıb, cəmi 2 “quru” matç keçirib.