Fransanın “Tuluza” klubunun hücumçusu Said Hamuliç bundan sonra Moskva “Lokomotiv”inin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Rusiya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Premyer Liqa təmsilçisi Hamuliçi bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.
Said Hamuliç Litvanın “Daynava” klubunun yetirməsidir. Daha sonra o, “Süduva”, “Stal” kimi klublarda da forma geyinib. 2023-cü ilin yanvarında “Tuluza” Polşa “Stal”ına 2,5 milyon avro ödəməklə Hamuliçi öz heyətinə qatıb. Amma o, bu komandanın heyətində meydana çıxdığı 9 oyunda nəinki qol, məhsuldar ötürmə müəllifi də ola bilməyib. Bu üzdən də Fransa klubu cari mövsümün əvvəlində 23 yaşlı forvardı Niderlandın “Vitess” komandasına icarəyə vermişdi.
Hamuliç Niderlandda dünyaya göz açsa da, Bosniya və Herseqovina yığmasında forma geyinir. O, 2023-cü ildə debüt etdiyi bu komandada indiyə qədər 6 oyuna çıxıb.

“Tuluza”nın sol cinah vingeri Oliver Zanden də icarə əsasında “Randers”ə keçib. Danimarka klubu 22 yaşlı isveçli futbolçunu 2023-cü ilin 31 dekabrına qədər satınalma şərti ilə icarəyə götürüb.
Oliver Zanden İsveçin “Elfsborq” klubunun yetirməsidir. Müdafiəçi “Tuluza”ya 2022-ci ilin iyul ayında 1,5 milyon avro qarşılığında keçmişdi. Amma o, Fransa klubunun əsas komandasında cəmi 6 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə kifayətlənib.
Oliver Zanden İsveçin U-17 və U-20 yığmalarında da forma geyinib. Amma ona əsas millidə debüt şansı verilməyib.