Şakira Pikedən ayrılığı haqda: “Ərsiz olmaq yaxşıdır”

Məşhur kolumbiyalı müğənni Şakira sabiq futbolçu Jerar Pikedən ayrıldıqdan sonra həyatında baş vermiş dəyişikliklərdən danışıb.

Arena.az “People” dərgisinə istinadən, Şakiranın bu haqda təsvirini təqdim edir:

“Bəzən bu, “sevgi-nifrət” münasibəti idi, çünki məni hər dəfə işləmək üçün studiyaya sürükləyəndə heç bir nəticə vermirdi. Ailəmi nəzarətsiz qoyub getdiyimi hiss edirdim. Həqiqətən xoşlanmadığım anlar olurdu. Özümü günahkar hiss edirdim, özümü tükənmiş hiss edirdim.

İndi məndən çox asılı olan iki uşağa, iki körpəyə cavabdehəm. Mən tək anayam, evdə heç bir işdə kömək edə biləcək ərim yoxdur. Müəyyən mənada, ərin olmaması yaxşıdır, çünki… Bilmirən bu, niyə məni aşağı sürükləyirdi. İndi işləmək, mahnı yazmaq, musiqi yaratmaq istəyirəm. Bu, mənim aludə olduğum ehtiyacımdır ki, mən bunu əvvəllər hiss etməmişəm”, deyə Şakira bildirib.