Kolumbiyalı müğənni Şakira “Barselona”nın sabiq müdafiəçisi Jerar Pikenin ona xəyanəti barədə mətbuatdan öyrəndiyini etiraf edib.
Arena.az bu barədə İspaniya mətbuatına istinadən xəbər verir.
“Mənə xəyanət olunduğunu mətbuatdan öyrəndim, o an atam reanimasiyada idi. Atamı həyatımda hər şeydən çox sevirdim və ona çox ehtiyacım olduğu məqamda o, məni tərk edirdi. Mən onunla danışa bilmədim, mənə çox gərək olan məsləhəti ala bilmədim.
Atam 91 yaşında yarım il ərzində koronavirus, iki bədbəxt hadisə, pnevmoniya və beş əməliyyat keçirdi. O, dözümlülüyün ən parlaq nümunəsidir, anam gecə-gündüz onunla vaxt keçirdi. Onların hər ikisi mənim üçün gerçəkləşməyən bir xəyalın əksidir. Amma onların mənim övladlarım üçün sevgi, münasibətlərdə səbr, mütləq sədaqət və gümrahlıq nümunəsi olacaqlarına ümidvaram”.