“Liverpul”un hücumçusu Məhəmməd Salahın agenti Rami Abbas İssa futbolçunun PSJ ilə danışıqlar aparması ilə bağlı xəbərə münasibət bildirib.
Arena.az xəbər verir ki, Rami Abbas İssa “Twitter” hesabında futbolçunun Paris təmsilçisinin prezidenti Nasser Əl-Xelaifi ilə görüşdüyünü təkzib edib:
“Xeyr, o, Əl-Xelaifi ilə görüşməyib. Qısaca, belədir”.
Xatırladaq ki, daha əvvəl 31 yaşlı Salahın PSJ-nin prezidenti görüşüb müəyyən danışıqlar aparması barədə məlumat yayılmışdı.
2022/2023 mövsümündə Salah “Liverpul”un heyətində 51 oyuna çıxıb, 30 qol vurub, 16 məhsuldar ötürmə verib. “Liverpul” Premyer Liqanı 5-ci sırada başa vurub.


