“Şalke” baş məşqçisini istefaya göndərdi

Almaniyanın “Şalke” klubunun baş məşqçisi istefaya göndərilib.

Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi isveçrəli baş məşqçi Kristian Qrossla yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandanın Bundesliqanın son turunda “Ştutqart”a 1:5 hesabı ilə məğlubiyyəti istefanı qaçılmaz edib. Qrossdan başqa, klubun meneceri Joken Şneyder və menecer Saşa Rither də istefaya göndərilib.

“Şalke” Bundesliqada 23 turdan sonra cəmi 9 xal toplaya bilib. Komanda 18 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.