“Şalke” divara kokteyl çırpmış oyunçusunu belə cəzalandırdı

“Şalke”nin məşqçilər qərargahı 33 yaşlı alman hücumameyilli yarımmüdafiəçi Dominik Dreksler haqqında intizam tədbiri görüb.

Arena.az “Sky Sport Germany” dərgisinə istinadən məlumat verir ki, məşqçilər qərargahı, divara südlü şokolad kokteyli atdığı üçün Dreksleri gənclər komandasına göndərmək qərarına gəlib.

Hadisə 2-ci Bundesliqanın 28-ci turu çərçivəsində keçirilmiş “Hannover” – “Şalke” oyunu (1:1) zamanı baş verib. Dreksler paltardəyişmə otağında divara kokteyl çırpıb.

“Rəqiblərimizlə ayaqlaşmaq üçün bir yerdə qalmalı və qalan oyunlarda bir komanda olmalıyıq. Ancaq hər bir şəxs bu məqsədə çatmaq üçün çalışmalıdır – biz bunu komanda daxilində tamamilə aydınlaşdırdıq.

Amma son vaxtlar Dominik özünü komandadan üstün tutur. Ona görə də mən qərara gəldim ki, Dominik növbəti bildirişə qədər U-23-ün heyətində qalacaq”, – klubun rəsmi saytı komandanın baş məşqçisi, belçikalı mütəxəssis Karel Geraertsdan sitat gətirir.