Almaniyanın “Şalke” klubu iki futbolçusunun komandadan ayrıldığını açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Hücumçu Klaas-Yan Huntelar və müdafiəçi Sead Kolaşinaç “Şalke”dən ayrılıb. Sead müqavilə ilə məxsus olduğu London “Arsenal”ına qayıdıb. 37 yaşlı Hunteların isə karyerasını başa vuracağı gözlənilir.
Xatırladaq ki, hər iki futbolçu bu ilin yanvarında “Şalke”yə keçmişdi. Huntelar daha əvvəl də (2010-2017) Almaniya klubunda çıxış edib.
Qeyd edək ki, “Şalke” Bundesliqada geridə qalan mövsümü sonuncu pillədə başa vurub və növbəti mövsümdən ikinci Bundesliqada mübarizə aparacaq.