Salman Ələsgərov “Qəbələ”də

Bu yay “Şamaxı”dan ayrılan mərkəz müdafiəçisi Salman Ələsgərov bundan sonra “Qəbələ”nin formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Qəbələ” bu gün heyətinə daha bir futbolçu qatıb. Müdafiəçi Salman Ələsgərov “qırmızı-qaralar”ın formasını geyinəcək. 23 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Ələsgərov 2021-2023-cü illər aralığında “Qəbələ-2”nin formasını geyinib. O, ötən mövsüm “Şamaxı”nın uğurları üçün çalışıb. Salman karyerası ərzində “Səbail-2” və “Zaqatala”da da çıxış edib. Müdafiəçi Azərbaycanın U-18 millisinə də cəlb olunub.

Xatırladaq ki, “Qəbələ” buna qədər qapıçı Müşfiq Nadirov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Ürfan İsmayılovu da heyətinə qatmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: