Salvatore Skillaçi vəfat etdi

1990-cı ildə İtaliyada keçirilmiş dünya çempionatının ən sərrast futbolçusu, italyan hücumçu Salvatore Skillaçi dünyasını dəyişib.

Arena.az məlumat verir ki, Skillaçi uzun sürən xəstəlikdən sonra 60 yaşında vəfat edib.

Bu barədə “Yuventus”un mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Salvatore 2022-ci ildən yoğun bağırsağın xərçəngindən əziyyət çəkirdi. O, bir neçə gün öncə vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, Salvatore Skillaçi peşəkar futbolçu karyerasına 1997-ci ildə xitam verib. Skillaçi karyerası ərzində “Messina”, “Yuventus”, “İnter” və “Cubilo İvata”da çıxış edib.

Skillaçi DÇ-1990-da İtaliya yığması ilə bürünc medal qazanıb, 6 qolla dünya çempionatının ən sərrast futbolçusu olub.