“Şamaxı” da Azərbaycan Kubokunda 6 qolla mərhələ adladı

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, mərhələnin üçüncü oyun gününün üç qarşılaşması artıq başa çatıb.

Premyer Liqa klublarından “Şamaxı” doğma meydanda “Şəmkir”i qəbul edib və 6 qolla qalib gələrək növbəti mərhələyə yüksəlib. “Mingəçevir” “Zaqatala”nı tək qolla mübarizədən kənarlaşdırıb. “Qaradağ Lökbatan” – “Karvan” oyununda da birincilər darmadağınla mərhələ adlayıblar.

Üçüncü oyun gününə “ASK Arena”da yekun vurulacaq. İkinci Liqa təmsilçisi “Şəfa” Birinci Liqa klubu “Difai” ilə görüşəcək.

Bugünkü nəticələrdən sonra Azərbaycan kubokunda 1/8 final mərhələsinin daha üç cütü bəlli olub. “Zaqatala”nı 1:0 hesabı ilə məğlub edən “Mingəçevir” “Araz-Naxçıvan”a rəqib olub. Matç Naxçıvan təmsilçisinin meydanında keçiriləcək.

“Şəmkir”i 6:1 hesabı ilə məğlub edən “Şamaxı” isə 1/8 finalda “Zirə” ilə görüşəcək. Bu qarşılaşma Bakı təmsilçisinin meydanında baş tutacaq.

“Karvan”a 3 cavabsız qol vuran “Qaradağ Lökbatan” “Səbail”ilə üz-üzə gələcək. Paytaxt derbisinə Birinci Liqa təmsilçisi ev sahibliyi edəcək.

2-ci təsnifat mərhələsinin əvvəlki günlərində “Sumqayıt” – MOİK və “Turan Tovuz” – “Sabah” cütləri də dəqiqləşmişdi.

Qeyd edək ki, 1/8 final matçları dekabrın 3-4-də keçiriləcək.

Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə isə sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi
30 oktyabr

“Şamaxı” – “Şəmkir” 6:1
Hakimlər: Kamran Əliyev, Tərlan Talıbzadə, Kərim Zeynalov, Tural Qurbanov.
Şamaxı şəhər stadionu, 14:00.

“Mingəçevir” – “Zaqatala” 1:0
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Asif Abdullayev, Samir Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00.

“Qaradağ Lökbatan” – “Karvan” 3:0
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Zakir Şükürzadə, Rauf Allahverdiyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.