“Şamaxı” ilkə imza atdı, 26-cı oldu

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün çempionu “Şamaxı” tarixində ilk dəfə aşağı dəstənin qalibi olub.

Arena.az xəbər verir ki, Ramiz Məmmədovun baş məşqçisi olduğu komanda sonuncu – 27-ci turda qızıl medalı rəsmiləşdirib.

Şamaxının eyniadlı təmsilçisi evdə “Araz Saatlı”ya qalib gəlib – 3:1. Bununla da xal hesabını 57-yə çatdıran bölgə təmsilçisi 1-ci yeri tutub. Bu komanda müxtəlif illərdə Birinci Dəstə və Birinci Divizion adlanan Birinci Liqada çempionluq yaşayan 26-cı komandadır. Onlardan 5-i – “Araz Naxçıvan”, MOİK, “Neftçala”, “Qaradağ Lökbatan” və “Turan Tovuz” iki, digər 21-i hərəyə 1 dəfə çempion olub. 1993/1994 mövsümündə iki qrupun qalibi arasında final baş tutmayıb. Güclülər dəstəsinə yüksələn hər iki komanda liqanın qalibi sayılıb. 1997/1998, 1998/1999, 2002/2003 mövsümlərində yarış keçirilməyib.

Qeyd edək ki, turnirin qalibləri həmin vaxt olduğu deyil, sonradan daşıdığı adla göstərilib.

Birinci Liqanın qalibləri

  1. ANS Pivani (Bakı)
  2. “Xəzri” (Buzovna)
    1993/1994. “Azneftyağ” (Bakı) və “Zabrat”
    1994/1995. “Şəmkir”
    1995/1996. “Xəzər” (Sumqayıt)
    1996/1997. “Göyçay”
    1999/2000. “Şahdağ” (Quba)
    2000/2001. MOİK (Bakı)
    2001/2002. “Lokomotiv” (İmişli)
    2003/2004. “Gənclərbirliyi” (Sumqayıt)
    2004/2005. “Şüvəlan” (Bakı)
    2005/2006. “Qəbələ”
    2006/2007. “Masallı”
    2007/2008. “Bakılı”
    2008/2009. ABN (Bərdə)
    2009/2010. “Kəpəz” (Gəncə)
    2010/2011. “Abşeron” (Bakı)
    2011/2012. “Qaradağ Lökbatan” (Bakı)
    2012/2013. “Ağsu”
    2013/2014. “Araz Naxçıvan”
    2014/2015. “Neftçala”
    2015/2016. “Neftçala”
    2016/2017. “Turan Tovuz”
    2017/2018. “Xəzər” (Bakı)
    2018/2019. MOİK (Bakı)
    2019/2020. “Turan Tovuz”
    2020/2021. “Neftçi-2” (Bakı)
    2021/2022. “Qaradağ Lökbatan” (Bakı)
    2022/2023. “Araz Naxçıvan”
    2023/2024. “Şamaxı”
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: