Azərbaycan Premyer Liqasının 17-ci turunun bu gün keçirilməli olan “Şamaxı” – “Səbail” oyunu nəzərdə tutulan vaxtdan gec başlayacaq.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
Belə ki, kəskin dəyişən hava şəraiti ilə əlaqədar olaraq Şamaxı şəhər stadionunun ot örtüyü qarla örtülüb. Stadionun tam hazır vəziyyətə gətirilməsini nəzərə alan Peşəkar Futbol Liqasının idarə heyətinin qərarına əsasən, “Şamaxı” – “Səbail” matçı əvvəldən müəyyənləşdirildiyi kimi saat 14:00-da yox, 14:20-də start götürəcək.
Qeyd edək ki, bu gün Premyer Liqanın 17-ci turu çərçivəsində daha bir oyun keçiriləcək. Lider “Araz-Naxçıvan” “Dalğa Arena”da “Sabah”ı sınağa çəkəcək.