Futbol üzrə Azərbaycan Birinci Liqasında çıxış edən “Şamaxı”da yeni baş məşqçi Ramiz Məmmədovun köməkçiləri məlum olub.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Belə ki, Məqsəd Yaqubəliyev köməkçi məşqçi, Mehman Baxışov fiziki hazırlıq üzrə məşqçi, Elnar Kərimov isə qapıçı hazırlığı üzrə məşqçi təyin edilib.
Zamir Həsənov, Ceyhun Rzayev və qapıçı hazırlığı üzrə məşqçi Şahin Hüseynov Birinci Liqa təmsilçisi ilə vidalaşmaq istədiklərini bildiriblər. Mütəxəssislərlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Xatırladaq ki, bir müddət əvvəl Vüqar Əsgərli baş məşqçi postundan istefa vermişdi.
“Şamaxı” bu mövsüm Birinci Liqada 9 oyuna topladığı 15 xalla 4-cü pillədə qərarlaşıb.