“Şamaxı” “Zirə” və “Sabah”la yoxlama oyunu keçirəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” komandasının qış təlim-məşq toplanışı planı məlum olub.

Arena.az xəbər verir ki, əyalət təmsilçisi yanvarın 2-də Bakıda bir araya gələcək.

Hazırlığını paytaxtda keçəcək komanda toplanış zamanı 2 yoxlama oyunu keçirməyi planlaşdırıb. Ayxan Abbasovun çalışdırdığı kollektiv yanvarın 9-da “Zirə”, 12-də isə “Sabah”la qarşılaşacaq.

Xatrladaq ki, “Şamaxı” Azərbaycan Premyer Liqasında qış fasiləsinə 17 xalla 7-ci pillədə yollanıb.