Samir Abasov: “Belə də davam edəcəyik”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Difai”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, bu gün “Neftçi Arena”da təşkil olunmuş oyun paytaxt klubunun 6:0 hesablı qələbəsiylə yekunlaşıb.

Oyundan sonra Samir Abasov komandasının çıxışı barədə fikirlərini açıqlayıb:

“Futbolçulara təşəkkür edirəm. Bu cür oyunlarda meydandakı nizam-intizam çox önəmlidir. Xüsusilə göstərilən əzmkarlıq sevindiricidir. Bu gün buna ehtiyacımız var. Rəqibin Birinci Liqa komandası olmasına baxmayaraq, çox yaxşı oyun alındı. Adımızı təmsil edirik, bunu qoruyub saxlamalıyıq. Futbolçulardan və onların göstərdikləri əzmkarlıqdan çox razı qaldım. Belə də davam edəcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaş: