İtaliyanın “İnter” klubu qapıçısı Samir Handanoviç ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.
Sloveniyadan olan 37 yaşlı qolkiperlə 1 illik yeni müqavilə imzalanıb. Onun əvvəlki sözləşməsi bu yaya qədər idi.
Samir Handanoviç 2012-ci ildən “İnter”də forma geyinir. O, bu komandanın heyətində 439 matça çıxıb. Ötən mövsüm bütün turnirlər çərçivəsində meydana çıxdığı 50 oyunda 40 qol buraxan təcrübəli qolkiper, 21 matçda da qapısını toxunulmaz saxlayıb. O, daha öncə “Domjale”, “Zaqorye”, “Udineze”, “Treviso”, “Latsio” və “Rimini” klublarında da forma geyinib.
Handanoviç Sloveniya milli komandasında da 81 matça çıxıb.
“İnter” digər futbolçularından Marko Pompettinin “Südtirol”, Andrey Radunun isə “Kremoneze” klubuna icarəyə verildiyini də açıqlayıb. Onların 2022/23 mövsümünün sonuna qədər sözügedən klubların uğurları üçün çalışacaqlar.


