İtaliyanın “Sampdoriya” komandasının baş məşqçi Roberto Daversa istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtalyan mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub.
“Sampdoriya” A Seriyasında 22 oyundan sonra 20 xalla 15-ci sırada qərarlaşıb.
Roberto Daversa 2021-ci ilin iyulundan bu komandaya rəhbərlik edirdi. Sözügedən komanda 46 yaşlı mütəxəssisin rəhbərliyi altında bütövlükdə 24 oyuna çıxıb. Bu oyunlarda 7 qələbə qazanıb, 5 heç-heçə edən kollektiv, 12 dəfə də məğlubiyyətə üzülüb.


