Samuel Eto’O istefa verdi, istefası rədd edildi

Kamerun yığmasının sabiq məşhur hücumçusu Samuel Eto’O Kamerun Futbol Federasiyasının (FECAFOOT) vəzifəsindən istefa verib.

Arena.az Kamerun Futbol Federasiyasının rəsmi saytına istinadən məlumat verir ki, qurumun icraiyyə komitəsi Eto’Onun ərizə qərarını qəbul etməyib.

Bildirilir ki, iclasda Kamerun yığmasının Afrika Millətlər Kubokunda çıxışı müzakirə edilib.

Xatırladaq ki, Kamerun yığması yarışın 1/8 final mərhələsində Nigeriya yığmasına 0:2 hesabı ilə məğlub olaraq, mübarizəsini dayandırıb. İclasın gedişində Eto’O istefası haqda qərarını açıqlayıb. Amma icraiyyə komitəsinin üzvlərinin məşvərətindən sonra Eto’Onun istefası rədd edilib və ona işində etimad göstərildiyi bildirilirb.

Samuel Eto’O 2021-ci ildən Kamerun Futbol Federasiyasının prezidenti vəzifəsini icra edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: