Samuel Mbanqula “Yuventus”la yeni müqavilə bağladı

İtaliyanın “Yuventus” klubunun gənc yarımmüdafiəçisi Samuel Mbanqula Turin təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə A Seriyası nəhənginin rəsmi saytına istinadən xəbər verir.

“Qoca sinyora” 20 yaşlı belçikalı vingerlə 4 illik (2028-ci ilin 30 iyununa qədər) yeni müqavilə bağlayıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2025-ci ilin yayında bitəcəkdi.

Samuel Mbanqula futbola Belçikanın “Brügge” klubunda başlasa da, sonradan “Anderlext”ə keçib. O, 2020-ci ilin sentyabr ayında 390 min avro müqabilində “Yuventus”a cəlb olunub. Turin klubunun U-17, U-19 və gənclərdən ibarət komandalarında oynamış vinger bu ildən əsas komandaya cəlb edilib. Artıq əsas komandada 4 oyun da keçirmiş futbolçu 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Əslən Konqo Demokratik Respublikasından olan Samuel, Belçikanın U-15, U-17, U-18, U-19 yığmalarında forma geyinib. Ötən ildən isə o, bu ölkənin U-21 yığmasında çıxış edir.

“Transfermarkt” internet-portalı 20 yaşlı vingerin transfer dəyərini 250 milyon avro məbləğində qiymətləndirir.