Samuel Umtiti: “Barselona” mənim üçün türmə idi”

İcarə əsasında “Leççe”də çıxış edən “Barselona”nın müdafiəçisi Samuel Umtiti Kataloniya klubunda keçirdiyi müddəti zindanla müqayisə edib.

Arena.az Umtitinin “Canal+” vasitəsilə verdiyi müsahibədən maraqlı məqamları təqdim edir:

“Mənə ancaq gərək olan – qiymətləndirildiyimi, faydalı olduğumu hiss etmək və mənə hörmət edildiyini bilmək idi. Kataloniyada mən dörd il türmədə yaşadım: nəinki idman planında, həmçinin gündəlik həyatımda.

Əvvəlcə, İspaniyaya köçəndən sonra hiss etdim ki, məni qiymətləndirirlər və yaxşı səviyyədə oynayırdım. Sonra etibarsızlıq hiss etməyə başladım, mənə pis təsir etməyə başladı və başa düşdüm ki, mənə daha heç kim inanmır.

“Leççe” mənim üçün dönüş idi. Mən yaxşı bilirəm ki, burada çempionatı tərk etməkdən qurtulmaq çempionluğa bərabərdir. Salentoda mən yenidən gülümsəməyə başladım və kluba buna görə minnətdaram.

İndi mən ancaq komandanın çempionatı tərk etməsinə yol verməmək haqda düşünürəm. Bir müddət əvvəl dostum Aleksandr Lyakazett məni Via del Marda ziyarət etmək üçün gəlmişdi. Biz düşündük ki, karyeramızı başa vurmamışdan, bir qədər birlikdə oynamağımız pis olmazdı”.

Xatırladaq ki, müqavilə ilə İspaniyanın “Barselona” klubuna məxsus olan fransalı mərkəz müdafiəçisi İtaliya komandasında icarədə çıxış edir.

Samuel Umtiti “Barselona”da 2016-2022-ci illərdə müəyyən fasilələrlə çıxış edib. O, bu müddətdə 91 oyunda meydana çıxıb və 2 qol vurub.

2022-ci ildə “Leççə”yə icarəyə yollanmış müdafiəçi A Seriyası təmsilçisində 23 oyunun iştirakçısı olub. 29 yaşlı müdafiəçi Fransa millisində də 31 matça çıxıb, 4 qol vurub.