Futbol üzrə Türkiyə Birinci Liqasında mübarizə aparan “Şanlıurfaspor” klubunun oyunçuları ötən gün məşqə çıxmaqdan imtina ediblər.
Arena.az xəbər verir ki, bu barədə klub özünün sosial media hesablarında açıqlama verib:
“Komandamız maaşlarını və tələb olunan ödənişləri ala bilmədiyi üçün bugünkü məşqə qatılmayıb və bundan sonra da iştirak etməmək qərarına gəlib”.
Açıqlamada məşqdən fotolar paylaşmadıqları üçün klub azarkeşlərdən üzr istəyib.
Xatırladaq ki, “Şanlıurfaspor” Birinci Liqanın 2023/2024 mövsümünün turnir cədvəlində 27 xalla 14-cü sırada qərarlaşıb. Komanda 27 oyunda 6 qələbə qazanıb, 9 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb. Sözügedən kollektiv növbəti matçını aprelin 2-də evdə “Sakaryaspor”a qarşı keçirməlidir.
Bahar Rüstəmzadə