“Santyaqo Bernabeu” 2025-ci ildə NFL oyununa ev sahibliyi edəcək

Gələn il ABŞ Milli Futbol Liqasının (NFL) oyunu “Real”ın doğma arenası “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.

Arena.az bu barədə İspaniyanın AS nəşrinə istinadən məlumat verir.

Milli Futbol Liqası peşəkar amerikan futbolu liqasıdır. NFL 1920-ci ildə “Amerika Peşəkar Futbol Assosiasiyası” adı altında yaradılıb və indiki adını 1922-ci ildə alıb. NFL ən böyük populyarlığını 1960-cı və 1970-ci illərdə qazanıb. NFL-in pley-off finalı – “Super Bowl” milyonlarla tamaşaçı cəlb edən, ABŞ-da ən populyar idman tədbirlərindən biridir.

“Santyaqo Bernabeu 1947-ci ildə inşa edilib və sonradan Madrid klubuna rəhbərliyi dövründə 6 avrokubok, eləcə də bir çox daxili turnirlərdə uğu qazanmış “Real”ın məşhur prezidenti Santyaqo Bernabeunun şərəfinə adlandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: