Sarri, Simeone və Tuxel təqvimin sıxlığı ilə bağlı şikayətləndilər

Avropanın aparıcı futbol liqaları komandalarının məşqçiləri təqvimin sıxlığı ilə bağlı narazılıqlarını mütəmadi olaraq ifadə edirlər.

Arena.az məlumat verir ki, beynəlxalq fasilənin başa çatması və milli çempionat oyunlarının başlaması ərəfəsində “Latsio”nun italyan baş məşqçisi Maurisio Sarri, Madrid “Atletiko”sunun argentinalı çalışdırıcısı Dieqo Simeone və “Bayern”in baş məşqçisi, alman mütəxəssis Tomas Tuxel təqvimlə bağlı narazılıqlarını bildiriblər.

Bu mövsuda xüsusilə narazı olan Maurisio Sarri bildirib: “Mən beş ildir ki, bu barədə danışıram. Amma məni bəhanə gətirməkdə ittiham etdilər – indi hamı bu fəsaddan danışır. Bir oyunçu ildə uzağı 50 oyun oynamalıdır. Ən azından islahatlara xırda şeylərlə başlamaq olardı – məsələn, yay turnirlərindən imtina edib avqustda İtaliya Kubokunun keçirilməsinə qayıtmaq, hətta böyük komandaları C Seriya klublarının meydanlarında oynamağa məcbur etmək, beləliklə, əlavə gəlir qazanmaq olardı”, – “Sport Mediaset” dərgisi Sarrinin bu xüsusda sözlərini sitat gətirir.

“Bu vəziyyətdən çıxış yolu görmürəm”

Dieqo Simeone isə təqvimlə bağlı məsələni futbolçuların öz ixtiyarına buraxıb: “Düzünü desəm, bu vəziyyətdən çıxış yolu görmürəm. Hər şey bir anda lazımdır: milli komandaların oynaması, klub məşqçilərinin oyunlarda qalib gəlməsi, oyunçuların daim meydana çıxması. Biz klub məşqçiləri elə vəziyyətdəyik ki, hazırkı vəziyyət dəyişməyəcək, çünki komandalarımızı ən yaxşı şəkildə idarə etməliyik.

Əsas odur ki, oyunçuların nə edə biləcəyidir, çünki onlar eşidiləcək. Meydanda başqa insanlar yoxdur, ona görə də vəziyyəti dəyişən və ya müşahidə edən futbolçulardır, bu, asan deyil. Amma onlar da millidə oynamaq istəyirlər. Mən inanıram ki, futbolçuların özləri bu vəziyyəti həll edə biləcək yeganə insanlardır”, deyə Simeone “Mundo Deportivo” nəşrinə danışıb.

Tomas Tuxel futbol təqvimi ilə bağlı vəziyyəti dağıdıcı adlandırıb və həmkarı, “Liverpul”un alman baş məşqçisi Yurgen Klopdan misal gətirərək, aparıcı futbol ölkələrində təqvim sıxlığının nə qədər çətinliklər törətdiyini və bunun meydandankənar amillərlə bağlı olduğunu vurğulayıb:

“Bu televiziya hüquqları məsələsidir – kanallar onları maraqlandıran komandaları seçə bilərlər. Bu, ikinci dəfədir ki, Cümə günü səfərdə oynayırıq. Alfonso Devis və Kim Min Ce çox uzun bir səfərdən yenicə qayıdıblar və görünür, bu, çox dağıdıcı bir təqvimdir.

Bəziləri bunun bəhanə olduğunu deyəcək, amma Yurgen Klopu eşitmisinizsə, “Liverpul”un şənbə günü günortadan sonra “Mançester Siti” ilə oynayacağını bilirsiniz. Biz isə cümə günü səfərdə oynamalıyıq – bu, hər şeyin həddi, bəlkə də həddən artığıdır”, – “Mundo Deportivo” Tomas Tuxeldən sitat gətirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: