İtaliyanın “Sassuolo” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi “İnter”dən hücumçu Andrea Pinamontini heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı forvard satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb. “Sassuolo” gələn yaya kimi futbolçunun transfer hüqqlarını almaq istəsə, “İnter”ə 20 milyon avro ödəməlidir. Tərəflər artıq 5 illik müqaviləyə imza atıblar.
Andrea Pinamonti “İnter”in öz yetirməsidir. Hücumçu ötən mövsüm “Empoli”də icarədə oynayıb. İtaliyalı futbolçu bu komandada 37 oyuna 13 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Pinamonti əvvəllər “Frozinone” və “Cenoa”da da oynayıb, İtaliyanın müxtəlif yaş qrupları üzrə yığmalarının formasını geyinib.