Sautqeyt cəngavər adı ilə təltif edilə bilər – İngiltərə çempion olsa…

İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt “üç şir”in AÇ-2024-də qalib olacağı halda cəngavər adı ilə təltif ediləcək.

Arena.az bu barədə Böyük Britaniyanın nüfuzlu “The Telegraph” nəşrinə istinadən məlumat verir.

Qaret Sauqeyt İngiltərə yığmasının sükanı arxasına 2016-cı ilin sentyabrında keçib. İngilis mütəxəssisin “üç şir”lə müqaviləsi 2024-cü ilin dekabr ayının sonuna qədər qüvvədədir.

Rəhbərliyi müddətində Sautqeyt İngiltərə yığmasını 100 oyuna çıxarıb, 63 qələbə, 20 heç-heçə, 17 məğlubiyyət yaşayıb. Topların fərqi is 227:83 nisbətindədir.

Maraqlıdır ki, Sautqeyt yığma komandanın sükanı arxasına məşqçilikdə elə də böyük təcrübəsi olmadan gəlib. Buna qədər ingilis mütəxəssis “Midlsbro”nu və İngiltərənin gənclərdən ibarət U-20 və U-21 yığmalarını qısa müddət çalışdırıb.

Buna rəğmən, Sautqeyt İngiltərə yığmasını dirçəldərək, iddialı kollektivə çevirə bilib. Sautqeytin rəhbərliyi altına “üç şir” 2021-ci ildə İngiltərədə keçirilmiş AÇ-2020-nin finalçısı, həmçinin DÇ-2022-də fəxri dördüncü olub.