İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt İngiltərə kütləvi infotmasiya vasitələrini məlumat sızıntısında ittiham edib.
Arena.az bu barədə “talkSPORT” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, ingilis mütəxəssis İngiltərə KİV-ni yığma komandanın AÇ-2024-ün oyunlarından əvvəl “üç şir” haqqında vacib məlumatları ictimaiyyətə sızdıraraq, kollektivin planlarını pozmaqda ittiham edib:
“Biz futbol yarışında qalibiyyət qazanmağa çalışırıq, məşqi bitirdikdən iki saat sonra isə öz mətbuatımız taktiki məlumatları sızdırır. Onlar məni təshih edərək, bunu birbaşa düşərgədən əldə etdiklərini deyəcəklər, olsun ki, bu, belədir, amma bu, komandaya necə kömək edəcək?
Bizdən, fərqli oynamağımızı güman ki, təxmin edən isveçrəlilərə, nə edə biləcəyimizə və necə hazırlaşmağımıza hazırlıq üçün üç gün verməyimiz komandaya necə kömək edəcək?
Bunu ona görə deməliyəm ki, bizə belə bir vəziyyətdə işləmək lazım gəlir. Çətindir, olması gərək olduğundan daha çətindir, amma buna rəğmən, davam edirik”, deyə Sautqeyt bildirib.
Xatırladaq ki, AÇ-2024-ün yarımfinalına vəsiqə qazanmış İngiltərə yığması bu mərhələdə Niderland yığması ilə qarşılaşacaq. Oyun iyulun 10-da keçiriləcək.



