İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt AÇ-2024-ün finalına yüksəldikdən sonra öz ünvanına səslənən tənqidləri cavablayıb.
Arena.az BBC-yə istinadən, ingilis mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Hamımız sevilmək istəyirik, elə deyilmi? Sən qürurlu bir ingilissənsə və ölkən üçün nəsə edirsənsə, amma bunun qarşılığını hiss etmirsənsə və tənqid edilirsənsə, bu, ağırdır. Bu vəzifədə işləməsəydim, oyuna baxıb azarkeşlər kimi bayram edərdim. Biz bir çox cəhətdən doğma qəlblərik, amma komandaya məhz mən rəhbərlik etməliyəm. Onlara belə bir axşam bəxş etmək – xüsusi bir məqamdır.
İkinci finalı qeyd edə bilmək xüsusi bir məqamdır. Komandanı müşayiət edən azarkeşlər əla idilər. Son altı ildə bir neçə dəfə baş verdiyini düşündüyüm belə bir gecəni onlara bəxş bilmək – çox şey deməkdir”, deyə Sautqeyt vurğulayıb.
Xatırladaq ki, İngiltərə yığması AÇ-2024-ün yarmfinalıda Niderland yığması üzərində 2:1 hesablı əzmkar qələbə ilə mötəbər yarışın finalına yüksəlib.
Almaniyada keçirilən Avropa çempionatının İspaniya – İngiltərə final oyunu iyulun 14-də Berlinin “Olimpiaştadion”unda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.