Sautqeyt: “Niderlandla matçda hər şeyə hazırıq”

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt AÇ-2024-ün yarımfinalında Niderland yığması ilə qarşıdakı oyundan gözləntilərini paylaşıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ingilis mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Şübhə yoxdur ki, Niderland yığmasının səviyyəsi əvvəllər burada oynadığımız komandalardan daha yüksəkdir. Deyərdim ki, Niderland yığması meydanın müəyyən sahələrində azacıq daha keyfiyyətli idi, bu oyunda səhv təhlükəsi daha yükəsək olacaq.

Ronald Kuman təcrübəli məşqçidir. Niderland komandaları yan basıb oturmağa meylli deyillər və bu, onlardan gördüyümüz məqam deyil. Biz hər şeyə hazırıq, bu, meydanda çoxlu yaxşı oyunçuların olacağı maraqlı oyun olacaq. Bizə irəli doğru bir addım da atmaq gərəkdir”, deyə Sautqeyt bildirib.

Xatırladaq ki, AÇ-2024-ün yarımfinal mərhələsinin Niderland – İngiltərə oyunu bu gün, iyulun 10-da Dortmundun “Siqnal İduna Park” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.