Sekidika “Qalatasaray”dan getdi

Türkiyənin “Qalatasaray” klubu nigeriyalı hücumçusu Jesse Sekidika ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Jesse Sekidika 2020-ci ilin yanvar ayından “Qalatasaray”da çıxış edirdi. Lakin o, “sarı-qırmızılar”ın heyətində cəmi 19 matça çıxıb və 1 qol vurub. “Qalatasaray” sözügedən oyunçunu 2021-ci ildə “Konyaspor”la “Leuven”ə, bu ilin əvvəlində isə “Eyüpspor” klublarına icarəyə vermişdi. Vinger daha öncə Türkiyəyə “Əskişəhərspor”un, Serbiyada isə “Napredak”ın uğurları üçün çalışıb.

Xatırladaq ki, Jesse Sekidika “Qalatasaray”la müqavilə imzalamazdan əvvəl 2019-cu ilin yanvarında “Neftçi”də də baxışda olub. Lakin o vaxt “ağ-qaralar”ın baş məşqçisi olan Roberto Bordin futbolçunu bəyənməmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: