İspaniyanın “Selta” klubu baş məşqçisi Eduardo Koudet ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.
46 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.
Koudet 2020-ci ilin noyabrından “Selta”nı çalışdırır. Onun rəhbərlik etdiyi komanda La Liqada ötən mövsümü 8-ci sırada bitirib.