Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 3-cü turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə cəmi bir qarşılaşma baş tutub.
G qrupunda yer alan Şotlandiyanın “Seltik” komandası doğma meydanda Macarıstan “Ferentsvaroş”u ilə qarşılaşıb. Bu komandalar əvvəlki oyunlarından məğlubiyyətlə ayrılmışdılar. Tərəflərin öz aralarındakı oyun isə Şotlandiya təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.
Bu qrupun digər matçında Almaniya “Bayer”i İspaniyada “Betis”in qonağı olacaq. Bu oyun da 3-cü turun qalan bütün görüşləri kimi oktyabrın 21-də baş tutacaq.
Avropa Liqası
G qrupu
19 oktyabr
“Seltik” (Şotlandiya) – “Ferentsvaroş” (Macarıstan) 2:0
Qol: Furuhaşi, 57. Törnbull, 81.
Xal durumu: Bayer – 6, Betis – 6, Seltik – 3, Ferentsvaroş – 0.


