Mövsümöncəsi hazırlıq məqsədilə ABŞ səfərində olan “Çelsi” və “Seltik” komandaları yoldaşlıq oyununda üz-üzə gəliblər.
Arena.az məlumat verir ki, İndiana ştatının Notr-Dam şəhərinin “Notr-Dam Stedium”un keçirilmiş oyun Şotlandiya nəhənginin “zadəganlar” üzərində 4:1 hesablı möhtəşəm qələbəsi ilə başa çatıb.
Oyundan sonra “Çelsi”nin yeni baş məşqçisi, italyan mütəxəssis Entso Mareska bu darmadağına aydınlıq gətirib:
“Nəticə həmişə vacibdir, biz isə oyunu bütövlükdə təhlil etməliyik. Komanda top oyunda “Reksem”ə qarşı oyunla müqayisədə on dəfə yaxşı idi. Bu, vacibdir. İmkanlar yaratdıq. Bizə topsuz oyunda inkişafımız gərəkdir. Həm də bəzən qısa ötürmə oynamaq gərək olanda və uzun ötürmə etmək daha yaxşı seçim olanda çaş-baş qalırdıq. Mövsümöncəsi hazırlığın hazırkı mərhələsində “Seltik”lə aramızda olan fərqi anlamaq vacibdir. Fiziki cəhətdən bizim üçün çətin olduğunu görürdünüz”, – jurnalist Ben Ceykobs Entso Mareskadan sitat gətirir.
Xatırladaq ki, budan əvvəl “Seltik” cari İngiltərə çempionu “Mançester Siti”ni 4:3 hesabı ilə məğlub etmişdi.