“Sent-Patriks Atletik” – “Sabah”ın növbəti rəqibi

“Sabah” Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində İrlandiyanın “Sent-Patriks Atletik” komandası ilə qarşılaşacaq.

Arena.az xəbər verir ki, Dublin təmsilçisi də Azərbaycan klubu kimi, Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən qalib ayrılmaqla mərhələ adlayıb.

Sözügedən komanda ilk oyunda 3:1 hesabı ilə qalib gəldiyi Lixtenşteynin “Vaduz” klubu ilə bugünkü cavab matçında heç-heçə edib – 2:2. Bununla da İrlandiya komandası iki oyunun nəticəsinə görə 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, “Sabah” da Konfrans Liqasının 2-ci təsnifat mərhələsində İsrailin “Makkabi” (Hayfa) komandasından güclü olub (3:0, 3:6, penaltilərlə 3:2).

Beləliklə, Azərbaycan təmsilçisi Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə uğrunda İrlandiyanın “Sent-Patriks Atletik” komandası ilə mübarizə aparacaq. “Sabah” 3-cü təsnifat mərhələsində ilk oyununu avqustun 8-də səfərdə keçirəcək. Cavab görüşü isə avqustun 15-də Masazırda baş tutacaq.