21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Serbiya – Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, UEFA bu qarşılaşmanı Türkiyədən olan hakimlər briqadasına həvalə edib.
Oyunu Erkan Özdemir idarə edəcək. Ona yan xətt hakimləri Serkan Olğuncan və Murat Tuğberk Curbay yardım edəcəklər. Dördüncü hakim Zorbay Küçük olacaq.
Qeyd edək ki, sözügedən qarşılaşma sentyabrın 12-də Stara Pazova şəhərindəki Serbiya Futbol Federasiyasının İdman Mərkəzində keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
Xatırladaq ki, yığmamız AÇ-2025-in seçmə mərhələsində İngiltərə, Şimali İrlandiya, Lüksemburq, Serbiya və Ukrayna ilə birlikdə F qrupunda mübarizə aparacaq.
AÇ-2025-in seçmə mərhələsi
F qrupu
12 sentyabr
22:00. Serbiya – Azərbaycan
Baş hakim: Erkan Özdemir.
Baş hakimin köməkçiləri: Serkan Olguncan, Murat Tugberk Curbay
Dördüncü hakim: Zorbay Küçük (Hamı Türkiyə).


