Serbiya yığmasında Stoykoviç dönəmi rəsmən başladı

Serbiya Futbol Federasiyası bu ölkənin yığma komandasının yeni baş məşqçisi Draqan Stoykoviçi rəsmən ictimaiyyətə təqdim edib.

Arena.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Xəbərdə Stoykoviçlə 3 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.

Qeyd edək ki, 56 yaşlı mütəxəssis keçmiş Yuqoslaviya yığmasının və “Srvena Zvezda”nın əfsanəvi oyun qurucusu olub. O, 1992-cü ildə Marsel “Olimpik”i ilə UEFA Çempiolar Liqasının qalibi olub.

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Serbiya yığmasının yeni çalışdırıcısı federasiyanın rəsmi saytına açıqlama da verib:

“Tezliklə dünya çempionatının seçmə mərhələsinin oyunları start götürəcək. Oyunlara ciddi hazırlaşır, rəqibləri təhil edirik. İlk iki turda İrlandiya və Portuqaliya yığmaları ilə üz-üzə gələcəyik. Bu komandalar bizim ilk iki yer uğrunda mübarizədə əsas rəqiblərimizdir. Bu yaxınlarda dediyim kimi, ölkəmizin forması, gerbi və himni uğrunda ölmək üçün birləşməliyik. Uğura çatmağın başqa yolu yoxdur”.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Serbiya ilə yanaşı, Portuqaliya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə A qrupunda mübarizə aparacaq. Yığmamız serblərlə ilk oyununu martın 30-da, Bakı Olimpiya Stadionunda keçirəcək.