“Milan”ın sabiq müdafiəçisi Serjinyo, bir vaxtlar “rossoneri”də rəhbərliyi altında çalışdığı Karlo Ançelotti haqda söhbət açıb
Arena.az xəbər verir ki, braziliyalı veteran futbolçu hazırda “Real”ı çalışdıran italyan mütəxəssis barədə bunları söyləyib:
“O, oyunları dünyada çox az məşqçinin gördüyü kimi görür. O, oyunçuları necə idarə etməyi bilir və hamını özünü yaxı hiss etməyə sövq edib. Bu isə böyük məşqçi uğurudur”, deyə Serjinoyo vurğulayıb.
Xatırladaq ki, Ançelottinin bu mövsümün sonunda Madrid “Real”ını tərk etməsi gözlənilir. Braziliyada isə əksəriyyət italyan mütəxəssisin bu ölkənin yığma komandasına baş məşqçi təyin olunmasını gözləyir.
Ançelottinin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “Kral klubu”na geri qayıdan italiyalı məşqçi indiyədək “qaymaqlılar”ı çalışdırır. Onun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Çalışdırdığı müddətdə Ançelotti “Real”ı 345 oyuna çıxarıb, 247 qələbə, 48 heç-heçə, 50 məğlubiyyət yaşayıb. İtalyan mütəxəssisin rəhbərliyi altında “qaymaqlılar”ın top fərqi isə 830:339 nisbətindədir.
Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazandığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) və FIFA Qitələrarası Kubok (2024) daxildir.
65 yaşlı Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.