“Mançester Siti”nin argentinalı keçmiş hücumçusu Serxio Aquero İngiltərə klubunun belçikalı yarımmüdafiəçisi Kevin De Bröynedən danışıb.
Arena.az xəbər verir ki, Aquero De Bröynenincari mövsümün bitməsi ilə klubu tərk edəcəyi haqda məlumatı belə şərh edib:
“Sən “Mançester Siti”ni görkəmli etdin və ən yaxşısına layiqsən. Səninlə bu klubda bu illər ərzində olmaq və onu daha da böyük etmək mənim üçün şərəf idi. Hər şey üçün çox sağ ol, əfsanə!”, deyə Serxio Aquero vurğulayıb.
“Mançester Siti”nin 30 yaşlı ingilis mərkəz müdafiəçisi Con Stounz da Kevin De Bröynenin klubdan ayrılacağı barədə xəbərlərə şərh verib:
“Tayı-bərabəri olmayan mütləq artist və əfsanə, meydanda əbədi qalacaq əfsanə! Meydandan kənarda – həm də yaxşı bir insan və dost. Mən, səninlə keçirdiyim hər məqamın qiymətini biləcəyəm, qardaşım”.
“Mançester Siti”nin 24 yaşlı ingilis sağ cinah hücumçusu Filip Foden də belçikalı oyunçunun vida paylaşımına şərh verib:
“Çox təəssüf ki, sən gedirsən, amma mən, meydanı səninlə bölüşdüyüm üçün minnətdaram. Səninlə o qədər xoş xatirələr bağlıdır ki, sən meydanda və ondan kənarda məni ilhamlandırmısan. Gəl, bu son ayları birlikdə mütləq surətdə səmərəli keçirək. Əfsanə!”, deyə Foden duyğusalcasına vurğulayıb.