Serxio Buskets: “Barselona”ya qarşı meydana çıxmaq istəmirəm”

Mövsümün bitməsi ilə “Barselona”dan ayrılmış dayaq yarımmüdafiəçisi Serxio Buskets gələcəyi ilə bağlı danışıb.

Arena.az Busketsin fikirlərini diqqətinizə çatdırır:

“Düzünü desəm, hələ heç nə planlaşdırmamışam. Üç-dörd variantım var, amma heç nəyə qərar verilməyib. Avropanın hansısa klubunda oynamaq istəmirəm. Hansısa ciddi oyunda “Barselona”ya qarşı meydana çıxmaq mənə çətin olardı. Həm də mən daha sakit həyat yaşamaq istəyirəm.

Növbəti iki-üç həftə ərzində işlərimi tez bir zamanda həll etmək istərdim. Qərar, mənim və ailəm üçün və yalnız bizim üçün olacaq. İndi hamımız qərar verməliyik. Bəlkə də qərarlarımız uyğunlaşdı, amma planımız yoxdur”.

Xatırladaq ki, geridə qalmış mövsümdə Serxio Buskets “Barselona” ilə İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazanıb.