Serxio Buskets özünü və bu beş futbolçunu fərqləndirdi

“İnter Mayami” ispan dayaq yarımmüdafiəçisi Serxio Buskets mükəmməl futbolçunun hansı keyfiyyətlərə malik olması gərək olduğunu açıqlayıb.

Arena.az məlmat verir ki, Buskets bu barədə fikirlərini MLS-in mətbuat xidmətinə müsahibəsi zamanı açıqlayıb:

“Sol ayaq – Messidir. Sağ ayaq – İnyesta. Sürət – Dembele. Güc – Puyol. Ehtiras – Serxio Ramos. Zəka – mənəm”, deyə Buskets gülərək bildirib.

Serxio Buskets “İnter Mayami”yə 2023-cü ilin iyulunda keçib. 2005-ci ildən “Barselona”da çıxış etmiş ispan “dayaqçı” “blauqrana” ilə ötən mövsümün sonunda başa çatmış müqaviləsini yeniləməkdən imtina edib. Busketsin “İnter Mayami” ilə müqaviləsi 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədədir.

MLS-in geridə qalımış 2022/2023 mövsümndə Buskets “vağlar”ın heyətində bütün yarışlarda 20 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Barselona”nın heyətində bütün mümkün ali klub qənimətlərini qat-qat muzeyinə yığmış Buskets “İnter Mayami” ilə 2023-cü il mömvsümü Liqalar Kubokunu qazanıb.

Serxio Buskets 2009-cu ilin aprelində debüt etdiyi İspaniya yığmasının heyətində 143 oyun keçirib, 2 qol vurub və 9 məhsuldar ötürmə verib. Buskets İspaniya yığması ilə dünya çempionatının (DÇ-2010) və Avropa çempionatının (AÇ-2012) qalibi olub.

“Transfermarkt” internet-portalı 35 yaşlı veteran futbolçunun transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.