Sesk Fabreqas “Napoli” üzərində qələbəni şərh etdi

“Komo”nun baş məşqçisi Sesk Fabreqas İtaliya A Seriyasının 26-cı turunun “Napoli” ilə ev oyununda 2:1 heablı qələbəni şərh edib.

Arena.az jurnalist Nikolo Skiraya (Skira) istinadən, ispan mütəxəssisin bu barədə qənaətini təqdim edir:

“Napoli” – oyunda çoxsaylı taktiki gedişləri dəyişmiş inanılmaz məşqçiyə malik çox güclü bir komandadır. Antonio Konteyə qarşı bir oyun ölçünü qaldırır və bir illik təcrübəyə bərabərdir. Mən “Çelsi”də ondan çox şey öyrənmişəm”, deyə Fabreqas vurğulayıb.

Xatırladaq ki, “Napoli”nin baş məşqçisi, italyan mütəxəssis Antonio Konte vaxtilə “Çelsi”ni çalışdırarkən, Sesk Fabreqas “zadəganlar”ın heyətində çıxış edib.

“Komo”ya məğlubiyyət “Napoli”nin İtaliya A Seriyasında liderliyi “İnter”ə təslim etməsi ilə nəticələnib. “Eşşəkciklər” 26 oyundan 56 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıblar. “Neradzurri” isə 57 xalla A Seriyasına başçılıq edir. “Komo” 28 xalla 13-cü pillədə yer alıb.