“Sevilya” 16 milon avroluq hücumçu transfer etdi

İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin “Vulverhempton” klubunun hücumçusu Rafa Miri transfer edib.

Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 24 yaşlı ispan futbolçu ilə 6 illik müqavilə imzalanıb. O, yeni komandasında 12 nömrəli formanı geyinəcək.

İspaniya mətbuatının yazdığına görə, “Sevilya” bu transferə görə “Vulverhempton”a 16 milyon avro ödəyəcək.

Qeyd edək ki, Rafa Mir İspaniyanın “Valensiya” klubunun yetirməsidir. “Vulverhempton” onu 2018-ci ildə məhz bu klubdan transfer etmişdi. Amma Premyer Liqa təmsilçisində forma şansı qazanmaqda çətinlik çəkən ispan hücumçu, “Las Palmas, “Nottingem Forest” və “Hueska”ya icarəyə verilmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: