İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisi Argentina yığmasının da üzvü olan Qonsalo Montieli transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “River Pleyt”dən transfer olunan 24 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Qonsalo Montiel “River Pleyt”in öz yetirməsidir. O, 2016-cı ildən bu klubun əsas komandasında forma geyinirdi. Müdafiəçi 2019-cu ildən isə Argentina yığmasına da dəvət alır.