“Sevilya” “Bayern”dən 16 milyona müdafiəçi aldı

İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisi Almaniya çempionu “Bayern”dən Tangi Nyanzunu transfer edib.

Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. “Sevilya” bu transferə görə Almaniya nəhənginə 16 milyon avro ödəyib. Bonuslarla bu məbləğin daha da artması mümkündür (maksimum 5 milyon avro). 20 yaşlı futbolçu ilə də 5 illik müqavilə imzalanıb. Gələcəkdə futbolçunun başqa bir kluba satışından da 20 faiz pay Münhen təmsilçisinə çatacaq. Lakin iki klub arasındakı müqavilədə “Bayern”in fransız müdafiəçini təkrar geri almasına dair də bənd var.

Tangi Nyanzu PSJ-nin yetirməsidir. Mərkəz müdafiəçisi “Bayern”ə 2020-ci ildə azad agent kimi keçmişdi. O, Münhen təmsilçisinin əsas komandasında 28 oyuna çıxıb, 1 qol vurub. Nyanzu Fransanın gənclərdən ibarət yığmasının da üzvüdür.

Nyanzunun “Sevilya”da 14 nömrəli formanı geyinəcəyi açıqlanıb.