İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisi Dortmund “Borussiya”sından Tomas Dileynini transfer edib.
Bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
“Sevilya” Danimarka milli komandasının da üzvü olan Dileyni üçün qarşı tərəfə 6 milyon avro ödəyib.
Tomas Dileyni 2018-ci ildən “Borussiya”da çıxış edirdi. O, Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 88 matçda 4 qola imza atıb. Yarımmüdafiəçi əvvəllər “Verder” və “Kopenhagen” klublarının da formasını geyinib.