“Sevilya” Tomaş Vatsliklə yollarını ayırdı

İspaniyanın “Sevilya” klubu qapıçısı Tomaş Vatsliklə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı futbolçunun klubla müddəti bitən müqaviləsi yenilənməyib. Bu üzdən də o, azad agent kimi İspaniya təmsilçisindən ayrılıb.

Çexiya milli komandasının da üzvü olan Vatslik bu mövsüm La Liqada cəmi 5 oyuna çıxıb. O, 2018/19 mövsümünün əvvəlindən “Sevilya”da çıxış edirdi. Təcrübəli qolkiper daha öncə “Bazel”, “Sparta” (Praqa), “Viktoriya” (Jijkov), “Viktovitse” kimi komandalarda forma geyinib.

Xəbəri istədiklərinizlə paylaşın