Seydina Keyta “Qəbələ”ni tərk etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/27 mövsümünə hazırlaşan “Qəbələ” müdafiəçisi Seydina Keyta ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Maraqlıdır ki, mərkəz müdafiəçisi ilə bu yay yeni – 1 illik müqavilə imzalanmışdı. Amma futbolçu öz istəyi ilə klub rəhbərliyinə ayrılmaq istədiyini bildirib:

“Futbolçu ilə 21 iyun 2026-cı il tarixində bağlanmış müqaviləyə onun şəxsi problemləri səbəbindən qarşılıqlı razılaşma əsasında xitam verilib. Seydina Keytaya gələcək karyerasında uğurlar arzulayırıq!”, deyə klubun rəsmi açıqlamasında vurğulanır.

Xatırladaq ki, Seydina Keyta 2026-cı ilin yanvarında “Qəbələ”yə cəlb edilmişdi. 33 yaşlı futbolçu ilə həmin vaxt 6 ay +1 illik müqavilə imzalanmışdı.

Keyta ötən mövsüm bu komandanın heyətində meydana çıxdığı 19 oyunda 3 qol vurub.

Təcrübəli müdafiəçinin “Qəbələ”dən əvvəlki sonuncu klubu “Panevejis” (Litva) olub. O, 2022-ci ilin yayında qoşulduğu bu komandanın heyətində 72 oyuna çıxıb, 4 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Seydina Keyta karyerası ərzində “Al Tadamon” (Küveyt), “Liepaya” (Latviya), “Mölde” (Norveç) və “Diambars” (Seneqal) komandalarının da şərəfini qoruyub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: