Seymur Məmmədov üçün əlamətdar oyun

Futbol üzrə Azərbaycan Premyer Liqasının 26-cı turunun “Sumqayıt”la oyunu “Sabah”ın yarımmüdafiəçi Seymur Məmmədov üçün əlamətdar olub. Arena.az xəbər verir ki, 19 yaşlı futbolçu komandasının 4:0 hesablı qələbəyə sevindiyi bu oyuna qolla töhfə verib.

Belə ki, “Bank Respublika Arena”da keçirilən matçın 90-cı dəqiqəsində Namiq Ələsgərovun əvəzinə meydana çıxan Məmmədov, cəmi 2 dəqiqə sonra fərqlənib.

Bu, Seymurun “Sabah”ın heyətində vurduğu ilk qoldur. 19 yaşlı futbolçu buna əsas komandadakı 3-cü rəsmi oyununda nail olub.

Xatırladaq ki, Seymur Məmmədov “Sabah” Futbol Akademiyasının yetirməsidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: