Şeyx Keyta “Reyms”lə yeni müqavilə bağladı

Futbol üzrə Fransa çempionatında (Liqa 1) mübarizə aparan “Reyms” klubu gənc müdafiəçisi Şeyx Keyta ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

19 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2026-cı ilin 30 iyununa kimi “Reyms”in uğurları üçün çalışmağa davam edəcək. Bu, həm də gənc oyunçunun ilk peşəkar müqaviləsidir.

Şeyx Keyta “Reyms”in öz yetirməsidir. Fransız futbolçu ötən ildən klubun əsas komandasında da forma geyinməyə başlamışdı. Bu mövsüm Liqa 1-də 5 matça çıxan mərkəz müdafiəçisi, əsas komandada bütövlükdə 6 oyun keçirib. O, Fransanın U-20 yığmasının da formasını geyinir.

Xəbəri sosial şəbəkələrdə paylaş: